Portuqaliyalı futbolçu Betis-ə keçdi


İdman 14 İyl 2018 13:25:00 290 0

Portuqaliyalı futbolçu Betis-ə keçdi

Portuqaliya millisinin üzvü Vilyam Karvalyo karyerasını İspaniyada davam etdirəcək. Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Sporting-dən Betis-ə keçib.  Tərəflər 5 illik müqaviləyə imza atıblar. O, Sporting-in öz yetirməsidir. Portuqaliyalı futbolçu 2011-ci ildə ölkəsinin Fatima, 2012/13 mövsümündə isə Belçikanın Cercle-Brügge klubunda icarədə də oynayıb. Karvalyo Portuqaliya yığmasında 47 oyun keçirib.