Salyan sakinindən narkotik maddə tapılıb


Digərləri 12 İyl 2018 22:05:00 264 0

Salyan sakinindən narkotik maddə tapılıb

Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.

Son.az "Report"a istinadən bildirir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.