“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar


Dünya 12 İyl 2018 21:34:00 278 0

“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.

Son.az oxu.az-a istinadən bildirir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə "xəzinədar"ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə "imamı"dır.

Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula gətiriliblər. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqda ittiham irəli sürülüb.

Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə "məsulu" olub.