XİN: NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi


Digərləri 12 İyl 2018 17:46:00 246 0

XİN: NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi

NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib.

Bakı. NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. Prezident İlham Əliyev səfər zamanı NATO-nun Zirvə toplantısı çərçivəsində Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib. Bəyanatda deyilir ki, NATO üzv dövlətləri Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər: "2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər". Bildirilir ki, Azərbaycan Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommünikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir: "Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Tramp: Putinlə görüşü gözləyirəm like
  • 12 İyl 17:43  
Digərləri Tramp: Putinlə görüşü gözləyirəm

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü g

arrow Ətraflı
Makiyajsız Şeyma like
  • 12 İyl 17:40  
Digərləri Makiyajsız Şeyma

Türkiyədə artıq bir müddətdir məşhurların makiyajsız foto paylaşma ə

arrow Ətraflı
Nazirlər qətlə yetirilən polkovniklərin yas mərasimində like
  • 12 İyl 17:35  
Digərləri Nazirlər qətlə yetirilən polkovniklərin yas mərasimində

Gəncədə qətlə yetirilən polislərin bu gün üç mərasimi keçirilib.

arrow Ətraflı
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq like
  • 12 İyl 17:31  
Digərləri Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə

arrow Ətraflı
Bu ölkənin Azərbaycana 8 milyon borcu var like
  • 12 İyl 17:26  
Digərləri Bu ölkənin Azərbaycana 8 milyon borcu var

Bu ilin iyunun 30-na olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan b

arrow Ətraflı
"Azərenerji": Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub like
  • 12 İyl 17:19  
Digərləri "Azərenerji": Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tətbiq olunub

Bakı və regionlarda elektrik enerjisi təchizatında 27%-lik məhdudiyyət tə

arrow Ətraflı
Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar like
  • 12 İyl 17:17  
Digərləri Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici iş

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 12 İyl 17:17  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır” like
  • 12 İyl 17:14  
İdman Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır”

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çem

arrow Ətraflı
İyulun 13-nə manatın məzənnəsi like
  • 12 İyl 17:12  
Digərləri İyulun 13-nə manatın məzənnəsi

İyulun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qanunsuz heyvan kəsimi ilə bağlı like
  • 12 İyl 17:10  
Digərləri Qanunsuz heyvan kəsimi ilə bağlı

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar

arrow Ətraflı
Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır like
  • 12 İyl 17:07  
Digərləri Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaq

arrow Ətraflı
Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüşüblər like
  • 12 İyl 17:06  
Digərləri Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüşüblər

Xarici işlər naziri Elmar Məmmədyarov və Müdafiə naziri Zakir Həsənov A

arrow Ətraflı