Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar


Digərləri 12 İyl 2018 17:17:49 226 0

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarovun Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

Bakı. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarovun Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar. Trend-in məlumatına görə, bəyanatda qeyd edilir ki, bu görüş Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüşdür. Bəyanatda qeyd olunur ki, nazirlər cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. O da vurğulanır ki, nazirlər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Yaxın vaxtlarda ATƏT həmsədrlərinin vasitəçiliyi ilə bir daha görüşmək barədə razılığa gəlinib. Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin