Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib


İdman 12 İyl 2018 16:53:00 251 0

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Polşa millisinin yeni baş məşqçisi məlum olub. Goal.az xəbər verir ki, DÇ-2018-dəki uğursuzluqdan sonra postunu tərk edən Adam Navalkanı Yeji Brejeçek əvəzləyib. Bu barədə məlumatı Polşa Futbol İttifaqının rəsmi saytı yayıb. 47 yaşlı Brejeçekin son iş yeri "Visla” klubu olub.

Adam Navalka Polşa yığmasını 2013-cü ildən etibarən çalışdırırdı. Lakin Rusiyada təşkil olunmuş DÇ-2018-də bu komandanın uğursuz çıxışı təcrübəli mütəxəssisin istefası ilə nəticələnib. D qrupunda yer alan polşalılar Seneqala 1:2, Kolumbiyaya 0:3 hesabıyla uduzub, Yaponiyaya 1:0 hesabıyla qalib gəlsələr də, qrup sonuncusu olublar.