Bilik Fondu Lerikdə yerli ziyalılarla görüş keçirib (FOTO)


Digərləri 12 İyl 2018 16:53:00 278 0

Bilik Fondu Lerikdə yerli ziyalılarla görüş keçirib (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondu Lerik rayonu, Heydər Əliyev Mərkəzində son günlər baş vermiş Gəncə hadisələri ilə bağlı yerli ziyalılarla görüş keçirib.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondu Lerik rayonu, Heydər Əliyev Mərkəzində son günlər baş vermiş Gəncə hadisələri ilə bağlı yerli ziyalılarla görüş keçirib. Fonddan Trend-ə verilən məlumata görə, görüşün moderatoru Bilik Fondunun sektor müdiri Hacı Abdulla Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilən sui-qəsd və bu olaylardan öz məqsədəri naminə istifadə etmək istəyən bir sıra ünsürlərin təhriki ilə baş verən hadisələr haqqında məlumat verib. Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran regionu üzrə şöbə müdiri Qağayı Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, əslən Lerikdən olan Vasif Qafarov çıxışlarında ölkəmizdə son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış genişmiqyaslı islahatlar, iqtisadi-sosial, mədəni, səhiyyə və digər sahələrdə müşahidə edilən tərəqqidən faktlarla danışıblar.