Evində şir saxlayan məşhur bakılı vəfat etdi FOTO


Digərləri 12 İyl 2018 16:42:00 395 0

Evində şir saxlayan məşhur bakılı vəfat etdi  FOTO

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayevin həyat yoldaşı Nina Abdullayeva dünyasını dəyişib.

Son.az xəbər verir ki, teatrdan oxu.az-a verilən məlumata görə, Nina Abdullayeva uzun sürən xəstəlikdən sonra iyulun 12-də vəfat edib.

Qeyd edək ki, Nina Abdullayeva (Berberova) "Şir evdən getdi", "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri", "Oğlan, qız və şir"və s. filmlərdə çəkilən "Kinq" adlı şirin sahibi olub.

80-ci illərdə evlərində şir saxlayan Berberovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhur olub. Ailə haqqında bir neçə sənədli film də çəkilib.

Bakı zooparkından Nina Berberovanın qızı Yeva Berberovanın istəyi ilə evə gətirilən heyvan böyüdükdən sonra təhlükə törətmədiyi üçün tezliklə kinolarda da yer almağa başlayır.


Xəbərə aid fotolar