“Eurovision” təmsilçisi maşınında ölü tapıldı
Digərləri 12 İyl 2018 16:03:00 221 0
"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib.
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb.
Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.
Mənbə: milli.az