"Hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalıdır"


Digərləri 12 İyl 2018 15:51:00 254 0

"Hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalıdır"

"Gəncədə baş verən son hadisələr ölkəmizdə ictimai asayişin, sabitliyin pozulmasına, milli təhlükəsizliyə və dövlətçiliyə yönələn bir qəsddir".

Son.az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və buna görə də ölkəmizə qarşı təzyiqlər edilməsinə, müxtəlif təxribatlar törədilməsinə cəhd edilir.

A.Səfixanlı bildirib ki, Gəncədə baş verən hadisələrə hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluqda fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanıb, müvafiq istintaq hərəkətləri aparılmaqdadır:

"Təbii ki, məsələyə yekun hüquqi qiymət istintaq hərəkətləri başa çatdırıldıqdan sonra veriləcək. Bununla yanaşı, Gəncədə baş verən hadisələrin və konkret cinayət əməllərinin obyektiv cəhətinə, yəni nəticələrinə nəzər yetirdikdə insanların həyat və sağlamlığı, ictimai təhükəsizlik, hakimiyyət əleyhinə cinayətlərin törədildiyini müşahidə etmiş oluruq. Bütün bunlar insan hüquq və azadlıqlarının müdafiəsinə, milli və dövlət təhlükəsizliyinə açıq təhdid olduğundan qarşısı dərhal qanun çərçivəsində alınmalı, cinayəti törədənlər qanunun tam ciddiyyəti ilə cəzalandırılmalıdırlar. Azərbaycan dövləti, dövlətçiliyimiz, milli təhlükəsizliyimiz və milli maraqlarımız təhdidlə üz-üzə qalanda dövlətimiz və hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalı və prinsipial mövqe nümayiş etdirməlidir".