Fatimə Xatunu məhkəməyə verir


Şou-biznes 12 İyl 2018 15:55:00 298 0

Fatimə Xatunu məhkəməyə verir

Müğənni Xatun Əliyevanın rəqqasə Fatimə Fətəliyeva haqqında yazdığı statusa qarşı tərəfdən cavab gəlib.

Son.az axşam.az-ıa istinadən bildirir ki, Fatimə ona ünvanlanan suallara qısa cavab verib. O bildirib ki, Xatunu məhkəməyə verəcək:

"Bir söz deyə bilərəm: tezliklə məhkəmədə şər-böhtana görə cavab verəcəklər. Allahıma şükür, namusum, gözəl övladlarım, ailəm, işim, peşəm, ruzum. Şərhlərdə yuyulmamış çömçə kimi yazanlar da cavab verəcəklər".

Fatimə Xatunun paylaşımına "Eynisini tapmısan ey. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə qardaş bacıdılar?" sözlərini yazan şairə Nazilə Səfərlini də məhkəməyə verəcəyini bildirib.