Qarabağ - Olimpija oyununa israilli hakim
İdman 12 İyl 2018 15:34:00 430 0
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Qarabağ - Olimpija (Sloveniya) oyununa hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, saat 21:00-da başlayacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi (cavab oyunları)
18 iyul
21:00. Qarabağ - Olimpija
Baş hakim: Erez Papir
Köməkçi hakimlər: David Elias Bitton, Eliyahu Casapu
Dördüncü hakim: David Fuxman (hamısı İsrail)
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Jareçi (Albaniya)
Bu komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
Mənbə: goal.az