Xoşqədəmlə Nazilənin məhkəməsi başladı


Digərləri 12 İyl 2018 12:38:00 246 0

Xoşqədəmlə Nazilənin məhkəməsi başladı

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və "Show-news" İnstaqram səhifəsinin rəhbəri İsa Şükürovu məhkəməyə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb səhifədə N.Səfərlinin dilindən "Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir" başlıqlı yazı yayımlanması olub.

N.Səfərli və İ.Şükürovun vəkili "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında bugün hazırlıq iclası keçirildiyini bildirib:

"Xoşqədəm Hidayətqızının Nazilə Səfərliyə və "Show-news" saytına qarşı qaldırdığı iddia üzrə Nizami rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda həm Xoşqədəm Hidayətqızının, həm də Nazilə Səfərlinin vəkili iştirak edib. Prosesə cavabdeh qismində saytın rəhbəri İsa Şükürov cəlb olunub. Çünki Nazilə Səfərli həmin sözü deməyib. Hətta Nazilə xanım İsa Şükürovu məhkəməyə verməyi düşünür".