Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)


Digərləri 12 İyl 2018 12:11:08 257 0

Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur.

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur. ASC-dən Trend-ə verilən məlumata görə, cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər. Qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub. “Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib. İyulun 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.