Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib


Siyasət 12 İyl 2018 10:21:41 290 0

Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib

Stendlər 4 ay müddətində nümayiş olunacaq

Bakı Bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş stendlərin açılış mərasimi keçirilib.

“Report”un xəbərinə görə, mərasimdə Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, Birləşmiş Millətlər Təşkilatının (BMT) resident əlaqələndiricisi Qulam İshaqzai ilə yanaşı, Azərbaycanın dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi və İDEA İctimai Birliyinin hazırladığı ikitərəfli rəngli stendlər hər məqsədi asan dildə izah etməklə yanaşı, bu məqsədlərə nail olmaq üçün hər kəsin görə biləcəyi işlərə dair məsləhətləri özündə əks etdirir.

Stendlər 4 ay müddətində Bulvarın mərkəzi hissəsində nümayiş olunacaq.

Tədbirdə çıxış edən Ə.Əhmədov deyib ki, dövlət və ictimai qurumlar bu layihələrə cəlb edilməlidir: “İstəyirik ki, hər bir Azərbaycan vətəndaşı bu layihənin mahiyyətini dərk etsin. Dünyadakı mövcud problemləin aradan qaldırılması üçün bu layihə çox önəmlidir. Azərbaycan bu məsələ ilə bağlı öhdəsinə düşən işlərin layiqincə yerinə yetirir, prosesə töhfə verir”.

Q.İshaqzai də layihənin önəmindən danışıb.