NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib


Dünya 12 İyl 2018 10:29:25 341 0

NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib

Brüssel Bəyannaməsi: NATO hər hansı ölkə üçün təhlükə yaratmır

"NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır".

"Report" xəbər verir ki, bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir.

"Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur", - sənəddə deyilir.

Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya iləəvvəlki kimikonstruktiv dialoqa hazırdırlar.

Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları - Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapır.