"Gəncədə baş verən hadisələr ilk növbədə terror aktıdır"


Digərləri 12 İyl 2018 10:15:00 334 0

"Gəncədə baş verən hadisələr ilk növbədə terror aktıdır"

Gəncə şəhərində baş verən hadisələr ilk növbədə terror aktıdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin işidir:

"Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan qüvvələr bunu törətmək üçün ölkədə yad təsirlər altına düşmüş insanları cəlb edərək və sosial şəbəkələr vasitəsilə çağırışlar edərək sabitliyi pozmağa, bununla Gəncədə xaos, anarxiya yaratmağa cəhd etdilər. Təbii ki, Azərbaycan dövlətinin kifayət qədər gücü, mərd və daim asayişin keşiyində duran polisi var. Gəncəlilər də 90-cı illərdən xaos və anarxiyanın nə olduğunu yaxşı bilirlər. Ona görə də gəncəlilər heç vaxt orada sabitliyin pozulmasına imkan verməzlər. Bu qüvvələr qəfil meydana atıldılar. Faktlar da göstərir ki, həmin qüvvələr əvvəlcədən buna hazırlıqlı olub, kəsici-deşici alətlərlə silahlanıblar. Polislər əslində həmin şəxsləri asayişi pozmamağa çağırırdılar. Burda elə ciddi qarşıdurma, iğtişaş yox idi. Amma həmin qüvvələr əvvəlcədən hazırlaşaraq vəziyyətin ciddiləşməsini istədilər və iki yüksək rütbəli zabiti şəhid etdilər".

B.Sadıqov qeyd edib ki, Azərbaycanda asayişi qoruyan, insanların təhlükəsizliyinə çalışan polisə qəsd bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə edilən qəsddir: