Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq


Digərləri 12 İyl 2018 10:02:00 227 0

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq.

Bakı. Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna ev sahibliyi edəcək. Muzeydən Trend-ə verilən məlumata görə, bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq. Beləliklə, Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq. Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.