Suriyada İŞİD kürd yaraqlılarına hücum edib, 18 nəfər ölüb


Dünya 07 İyl 2018 01:25:56 317 0

Suriyada İŞİD kürd yaraqlılarına hücum edib, 18 nəfər ölüb

Ölənlər arasında "Suriya demokratik qüvvələri"nin 10 yaraqlısı və səhra komandiri var

İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Buseyra yaşayış məntəqəsində "Suriya demokratik qüvvələri" koalisiyasından olan kürd silahlılarının düşərgəsi yaxınlığında minalanmış avtomobil partladıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "El Nashra" portalı məlumat yayıb.

Bildirilir ki, terror aktı nəticəsində 18 nəfər ölüb. Onların arasında koalisiyanın 10 yaraqlısı və bir səhra komandiri var.