Yük və minik maşınları toqquşub, xəsarət alanlar var


Digərləri 06 İyl 2018 23:40:00 300 0

Yük və minik maşınları toqquşub, xəsarət alanlar var

Ağdaş rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "VAZ-2106" markalı avtomobil Ağdaş-Ləki dördyolunda "Foton" markalı yük maşınına çırpılıb.

Nəticədə "VAZ"da olan 2002-ci il təvəllüdlü Niftəliyev Bəhruz Zöhrab oğlu və 1971-ci il təvəllüdlü Mustafayev Polad Həsənxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.