Bu uşaqlar I sinfə müsabiqəsiz qəbul ediləcəklər


Digərləri 06 İyl 2018 16:17:00 257 0

Bu uşaqlar I sinfə müsabiqəsiz qəbul ediləcəklər

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev ""Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Fərman imzalayıb.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub.