Verilişə alt paltarsız çıxdığı üçün tənqid edilən Könül


Digərləri 06 İyl 2018 15:50:00 598 0

Verilişə alt paltarsız çıxdığı üçün tənqid edilən Könül

Aparıcı-aktrisa Könül Yusif qızı son zamanlar artan intihar hadisələrinə səssiz qalmayıb.

Son.az xəbər verir ki, Könül canına qıymaq istəyən insanlara səslənib.

Aparıcı çılğın başla intihar qərarı verən şəxslərə şəxsi həyatından maraqlı bir faktı misal çəkib:

"İllər öncə incəsənətə, səhnəyə ailə övladını, illah da qız övladını buraxmazdı. İndi adiləşib - Ata, ya ana özü qızının əlindən tutub, gətirir ki, oxumaq öyrədin. Əvvəl belə deyil, çox böyük söz-söhbətə səbəb olardı. Yadımdadır, İncəsənət Universitetinin I kursunda idim. Aztv-də dəyərli, çox istədiyim aktyorumuz Çingiz Əhmədov və Rəhman Rəhmanovla  yumoristik səhnəyə çəkilmişdik. Çingiz bəyin katibəsini oynayırdım. Qısa "yubka"da. Evdə televizoru söndürdüm ki, anam görməsin.. Anam görmədi, amma bütün nəsil gördü. Qırğınlar düşdü. Atasız qız televizorda qısa "yubka"da katibə oynasın, vay-vay-vay, dəhşət. Nəsildə "məmə deyəndən pəpə deyənə" gəlib, dava-dalaş edirdi. Amma heç kim demirdi ki, ay bala, otur evdə, biz baxaq sənə, anana. Heç olmasa qonorar verirdilər axı çəkilişlərə. Bu müsibət bir neçə ay davam etdi və 2 dəfə intihara cəhd etdim, Ölmədim. Hər ikisində təcili yardım xilas etdi. Amma o gün bir söz verdim. Mən sevdiyim sənətlə məşğul olacam, aktrisa teleaparıcı...


Xəbərə aid fotolar