İspaniyada “erməni mafiyası”na qarşı ƏMƏLİYYAT


Dünya 06 İyl 2018 15:56:00 280 0

İspaniyada “erməni mafiyası”na qarşı ƏMƏLİYYAT

İspaniyada iyun ayının sonlarında "erməni mafiyası"na qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İspaniya milli polisinin nümayəndələri bu gün Madriddə keçirilən mətbuat konfransında bildirib.

Əməliyyatlar iyunun 26-da başlayıb. Bu müddət ərzində 129 nəfər saxlanılıb, İspaniyanın müxtəlif şəhərlərində 74 axtarış keçirilib.

Saxlananlar barəsində korrupsiya, şantaj, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, narkotik ticarəti, saxta sənədlərin və saxta pulların düzəldilməsi və digər ittihamlar irəli sürülüb.