"Sağ qalmaq üçün uşaq öldürdüm"


Dünya 06 İyl 2018 15:39:00 411 0

"Sağ qalmaq üçün uşaq öldürdüm"

Kristina Riçardsson adlı gənc qadın başına gələn əhvalat ilə milyonları şok edib. 35 yaşlı Riçardsson Braziliyada vəhşi həyat tərzinin hökm sürdüyü bir bölgədə qalırdı.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, qadının mağaradakı həyatı 5 mövsümdən çox çəkib. Anası ilə birgə mağarada qalan Riçardsson bir neçə dəfə yırtıcı heyvanlar tərəfindən parçalanmaqdan son anda qurtulduğunu və uşaqlığının ölüm qorxusu içində keçdiyni söyləyib. "Never Stop Walking" adlı kitabında həyatını qələmə alan qadın ac qaldığı üçün anası ilə "çörək" davası səbəbindən bir azyaşlı uşağı öldürdüklərini etiraf edib.

Qadın və anası mağarada yaşadığı dönəmdə əsasən quşlarla qidalanırmışlar.

Riçardsson hazırda İsveçdə yaşayır. Ətrafdakı insanlar isə onun vəhşi yaşayışından, keçmişindən bixəbərdir!