Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi:


Digərləri 06 İyl 2018 15:20:00 394 0

Bakıya gəlmiş erməni xalqı və ölkəni təhqir etdi:

"Bir də heç zaman Azərbaycana qayıtmayacağam! Burada kimsə rus dilində danışa bilmir. Heç ingilis dilini də yaxşı bilmirlər. Rüsvayçılıqdır! Siz ki, mənə belə elədiniz, belə davrandınız, mən də gedirəm Dağlıq Qarabağa".

Belarus vətəndaşı Vladimir Mosesov belə deyir.

O, internetdə "Vlad Maqa" kimi tanınan səyyah-bloqerdir. YouTube-da "Magashow" adlı kanalı da var.

24 yaşlı V.Mosesovun və ya "Vlad Maqa"nın son videosu Azərbaycan barədədir. "Dağıstandan Azərbaycana bir gün. Erməni Bakıda" adlı 36 dəqiqəlik videosu ölkəmizin, xalqımızın aşağılanmasından ibarətdir.

Özünü "turistlərin baş çəkmədikləri, turistlərə göstərilməyən məkanlara səyahət edən bloqer" kimi təqdim edən V.Mosesov Azərbaycana Belarus vətəndaşı kimi gəlib, sərhəddə də Belarus pasportunu göstərib.

O, Bakını dolaşandan sonra cənuba, Lənkəran və Astara rayonlarına yollanıb.

Ucqar dağ kəndlərini gəzən "Maqa" burada yerli sakinlərin rus dilində sərbəst danışa bilməmələrinə "təəccüblənib" və bunu ironiya ilə şərh edərək "Təsəvvür edin - bu insanlar rus dilini bilmirlər! Ümumiyyətlə, bilmirlər!"

Azərbaycan-İran sərhədinə yaxın kəndləri gəzən "Maqa" burada ondan sənədlərini göstərmək istəyən insanları ələ salır, "Bu adamlar niyə polis kimi davranırlar?" söyləyib gülür.


Xəbərə aid fotolar