Bakıda və əksər rayonlarda işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub


Sosial 03 İyl 2018 01:22:41 366 0

Bakıda və əksər rayonlarda işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub

Nəticədə "Azərbaycan" İES-nin yarımstansiyalarından birində qəza baş verib

Paytaxt Bakıda və respublikanın əksər digər şəhər və rayonlarında işıqlarının sönməsinə gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-dən "Report"a verilən məlumata görə, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik erjisinin verilişi bərpa olunacaq.