Albalı bu xəstəliklər zamanı faydalıdır


Digərləri 02 İyl 2018 23:52:00 453 0

Albalı bu xəstəliklər zamanı faydalıdır

Albalı ən faydalı giləmeyvələrdən biri sayılır. Həqiqətən bu giləmeyvə çox zəngin kimyəvi tərkibə sahibdir.

Albalı A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngindir.  

Son.az saglamolun.az-a istinadən albalının faydalı xüsusiyyətlərini təqdim edir:

1. Albalı artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır.

2. Tərkibində C vitamini, maqnezium, antosian və kumarinlər olduğuna görə albalı ürək və damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır.

3. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır.