Şikayət etdi və varlandı
Digərləri 02 İyl 2018 23:40:00 313 0
Britaniyanın Harrogate şəhərindəki "Imagined Things" adlı kitab mağazasının sahibi rəsmi "Twitter" hesabında şikayət ünvanlayıb.
Son.az oxu.az-a istinadən bildirir ki, şikayət virus kimi yayılmağa başlayıb və müştərilərin sayı sürətlə artıb.
Kitab evinin sahibi Corciya Daffi satışının aşağı olmasından narahat olub və bloqunda müştərilərə mağazasını ziyarət etmələrini xahiş edib:
"Bu gün üçün yalnız 12,34 funt sterlinq qazandıq. Kimsə bir kitab satın almağı düşünürsə, indi tam vaxtıdır! Bu gün bizim üçün çox pis bir gündür.
Bir açıqca, bir kitab, istənilən bir şey, bizim kimi kiçik bir biznesi olanlar üçün böyük əhəmiyyət daşıyır. Bizə dəstək olduğunuz üçün çox minnətdar olacağıq", - deyə qeyd edib.
Mənbə: milli.az