PSG-nin futbolçusu Roma yolunda


İdman 18 İyn 2018 18:52:00 363 0

PSG-nin futbolçusu Roma yolunda

Xavyer Pastore bu yay PSG ilə yollarını ayıra bilər. Goal.az xəbər verir ki, argentinalı futbolçunun xidmətlərində Roma maraqlıdır. Paytaxt klubu İnter-ə keçmək üzrə olan Raca Naynqqolanın boşluğunu Pastore ilə doldurmaq niyyətindədir. 28 yaşlı havbek də İtaliyaya qayıtmaq fikrinə isti yanaşır.

Roma-nın bu transferə görə PSG-yə 18 milyon avro ödəyəcəyi, Pastorenin isə yeni klubunda ilinə 3 milyon avro qazanacağı gözlənilir. Pastore daha öncə İtaliyada Palermo klubunun formasını geyinib.