Gürcüstanda xarici işlər naziri dəyişdi


Dünya 18 İyn 2018 18:40:00 315 0

Gürcüstanda xarici işlər naziri dəyişdi

Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub.

Son.az APA-ya istinadən bildirir ki, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.

İqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Çerkezişvili, xarici işlər naziri David Zalkaliani, maliyyə naziri isə Nikoloz Qaqua olacaq. Hər üç namizəd hazırda nazir müavinləridir.