Kaliniç Xorvatiya millisindən kənarlaşdırıla bilər


İdman 18 İyn 2018 15:17:00 264 0

Kaliniç Xorvatiya millisindən kənarlaşdırıla bilər

Xorvatiya yığmasının hücumçusu Nikola Kaliniçin adı komandanın iştirak ərizəsindən çıxarıla bilər. Goal.az xəbər verir ki, buna səbəb onun Nigeriya ilə oyunda sonradan meydana daxil olmaq istəməməsidir.

Baş məşqçi Zlatko Daliç oyunun sonlarında Mario Mandzkuiçi Kaliniçlə əvəzləmək istəsə də, kürəyində ağrılar olduğunu iddia edən forvard çalışdırıcının qərarına etiraz etmişdi. Bu səbəbdən Manzukiçin əvəzinə meydana Marko Pyatsa daxil olmuşdu.