Voleybolçularımız iki mərhələdə hazırlıq keçəcək


İdman 16 İyn 2018 15:10:00 272 0

Voleybolçularımız iki mərhələdə hazırlıq keçəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışın vaxtı dəqiqləşib. Goal.azxəbər verir ki, Faiq Qarayevin yetirmələri dünya çempionatının hazırlığına iyulun 8-də başlayacaqlar.

İlk məşqlər Bakıda baş tutacaq. Komandamız ardınca ölkə xaricində - Türkiyədə də hazırlıq keçəcək. Təlim-məşq toplanışı zamanı yoxlama matçları da nəzərdə tutulub.Y ığmamız sentyabr-oktyabrda Yaponiyada keçiriləcək mundailda ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad Tobaqo ilə birgə C qrupunda yer alıb.