Azərbaycan neftinin son qiymətində ucuzlaşma olub


Digərləri 16 İyn 2018 15:02:15 301 0

Azərbaycan neftinin son qiymətində ucuzlaşma olub

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib

Bakı. Azad Həsənli - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,99 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 2,71 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 73,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,69 dollar/barel azdır.