"Seda Sayan da həbs olunmalıdır"


Dünya 16 İyn 2018 14:50:00 392 0

"Seda Sayan da həbs olunmalıdır"

Türkiyənin baş naziri Binəli Yıldırım qatıldığı verilişdə maraqlı açıqlamalar verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, "Youtube" kanalı Babala TV-də Oğuzhan Uğurun qonağı olan baş nazir reper Ezhelin saxlanılması məsələsinə də münasibət bildirib. Aparıcı Ezhelin gəncləri narkotikə həvəsləndirdiyi iddiası ilə tutulduğunu söyləyib. Daha sonra isə əlavə edib ki, Seda Sayan da öz verilişində "Vururam səni" mahnısını oxuyur, bu o deməkdir ki, o da insanları cinayətə səsləyir.