Fenerbahçe hollandiyalı mütəxəsislə danışıqlar aparır


İdman 16 İyn 2018 14:40:00 305 0

Fenerbahçe hollandiyalı mütəxəsislə danışıqlar aparır

Ali Koçun prezident seçilməsindən sonra köklü islahatlar həyata keçirməyə hazırlaşan Fenerbahçe yeni baş məşqçi axtarışlarını davam etdirir. Goal.az "beİN Sports"a istinadən xəbər verir ki, klubun yeni idman direktoru Damien Komolli Filip Kokunun meneceri Rob Yansenlə danışıqlar aparır. Hazırda PSV Eindhoven-i çalışdıran Kokunun yaxın vaxtlarda İstanbula gəlib danışıqlarda iştirak etməsi gözlənilir. Hollandiyalı mütəxəsisin "sarı lacivərdlilər"də köməkçilərindən biri Dirk Kuyt ola bilər.

Koku 2008-12-ci illərdə Hollandiya millisinin məşqçilər korpusunda olub. O, 2013-cü ildən PSV-nin sükanı arxasındadır.