Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş təntənəli tədbir kecirilib (FOTO)


Digərləri 16 İyn 2018 14:33:39 458 0

Beynəlxalq Muğam Mərkəzində Milli Qurtuluş gününə həsr olunmuş təntənəli tədbir kecirilib (FOTO)

YAP Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan əlamətdar tarix – “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.

Bakı. YAP Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan əlamətdar tarix – “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov, millət vəkilləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü prof. Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Elşən Musayev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu ictimaiyyət nümayəndələri, müxtəlif idarə və təşkilatların əməkdaşları, partiya veteranları və gənclər iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan bayram tədbirində əvvəlcə tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələrinə həsr olunmuş videofilm nümayiş olunub. Filmin nümayişindən sonra Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov Milli Qurtuluş Günü və Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixindəki böyük missiyasından və 1993-cü ilin 15 iyunundan sonra onun rəhbərliyi ilə xalqımızın ictimai, siyasi və mədəni həyatında baş verən dəyişikliklərdən danışıb və Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanın müstəqil Azərbaycanımızın sosial-iqtisadi və mədəni həyatına verdiyi töhfələri qeyd edərək Vasif Adıgözəlovun fortepiano üçün bəstələdiyi “Prelüd” əsərini ifa edib.