NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır


Dünya 12 İyn 2018 22:41:00 287 0

NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır

NATO ABŞ və Şimali Koreya liderləri arasında tarixi sammiti alqışlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq deyib: "NATO Koreya yarımadasının denuklearizasiyasına aparan səyləri dəstəkləyir. Nüvəsiz Koreya yarımadası NATO müttəfiqlərinin, regionda tərəfdaşlarımızın və bütün dünya birliyinin təhlükəsizliyinə xidmət edəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında iyunun 12-si Sinqapurda görüş keçirilib.