Zakir Həsənov: Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olması üçün səyləri bundan sonra da dəstəkləyəcək (FOTO)
Digərləri 08 İyn 2018 16:50:00 252 0
Zakir Həsənov NATO-nun toplantısında iştirak edib.
Bakı.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi və digər məsələlər müzakirə olunub.
Mənbə: az.trend.az