NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yayıb


Digərləri 04 İyn 2018 19:34:32 358 0

NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yayıb

“Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.

Bakı. NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb. Trend Müdafiə Nazirliyinin saytına istinadən Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışının videosunu təqdim edir: “Sülhməramlılarımızın NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir.