Əli Əhmədov: Azərbaycanın yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski yüksəkdir


Digərləri 04 İyn 2018 13:26:00 297 0

Əli Əhmədov: Azərbaycanın yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski yüksəkdir

Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin Avropa regional ofisinin rəhbəri Paola Albriton ilə görüşüb. Trend-in məlumatına görə, Baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb. Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Ə.Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib: