NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır


Siyasət 30 May 2018 16:25:00 276 0

NATO Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqları davam etdirməyə çağırır

NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini danışıqlar yolunu davam etdirməyə çağırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə təşkilatdan bildirilib.

Məlumatda qeyd olunur ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur: "Aydındır ki, münaqişənin hərbi həll yolu mövcud deyil".

Təşkilatdan daha sonra bildiriblər ki, NATO münaqişənin həllində birbaşa iştirak etmir, amma bu istiqamətdə ATƏT Minsk qrupunun işini dəstəkləyir:

"Biz həmçinin hər iki tərəfi danışıqlar yolunu davam etdirməyə və istənilən yeni eskalasiyadan uzaq durmağa çağırırıq".