Stoltenberq: Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır (ÖZƏL)


Digərləri 29 May 2018 12:41:00 260 0

Stoltenberq: Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır (ÖZƏL)

Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır. Trend-in məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib. Y.Stolenberq Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb: “Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və yüksək qiymətləndiririk. Keçən il cənab İlham Əliyev Brüsselə rəsmi səfər etmişdi. Bu səfər zamanı İlham Əliyevlə NATO-nun Baş qərargahında çöx önəmli görüşlər keçirildi”. Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin