Beynəlxalq Bankdan Moskva Arbitraj Məhkəməsinin qərarına


Digərləri 11 May 2018 19:40:00 351 0

Beynəlxalq Bankdan Moskva Arbitraj Məhkəməsinin qərarına

Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva Arbitraj Məhkəməsinin bankla bağlı müvafiq qərarına aydınlıq gətirib.

Xatırladaq ki, adıçəkilən məhkəmə Rusiya Sberbankının Azərbaycan Beynəlxalq Bankına qarşı müraciətini qismən təmin edərək, onun "ABB-Moskva"nın nizamnamə kapitalındakı payının bir hissəsi üzərində hər hansı əməliyyat aparmasına müvəqqəti məhdudiyyət qoyub.

Bankın açıqlamasına görə, sırf kommersiya mübahisəsi mahiyyəti daşıyan bu iddia Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Eyni zamanda, bank bu qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir.