Məhkəmə Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkətinin kapitalına həbs qoydu


Digərləri 11 May 2018 19:22:00 339 0

Məhkəmə Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkətinin kapitalına həbs qoydu

Moskva Arbitraj Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti "MBA-Moskva"nın kapitalında 41,6 faizlik paya həbs qoyub.

Son.az Trend-ə istinadən bildirir ki,  bu qərar "Sberbank"ın müraciəti əsasında verilib.

Məhkəmənin qərarında qeyd olunur ki, "Sberbank" Moskva şəhər Arbitraj Məhkəməsinə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "MBA-Moskva"dakı payına həbs qoyulması ilə bağlı müraciət edib.