Bu yol yenidən qurulur VİDEO FOTO


Digərləri 11 May 2018 19:25:00 263 0

Bu yol yenidən qurulur  VİDEO  FOTO

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir.

Son.az Az Azəravtoyol-un rəsmi saytına istinadən xəbər verir ki, Qax rayonu da genişmiqyaslı işlərdən kənarda qalmayıb. Belə ki, bu il rayonda uzunluğu 31 km olan 5 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Bu yollar üzərində uzunluğu 13.5 km olan və yaşayış məntəqələrinə qədər uzanan 9 giriş yollar da yerləşir.

Bu M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44.5 km uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yollarıdır.

Qax-Qıpçaq-Ağyazı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, dağ yamacı hissəsində çay daşından 2.2 km uzunluğunda istinad divarının inşası, həmçinin  yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün, əsasın və torpaq yatağının qazılaraq, çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılır.

Yol yatağı hazır olan hissələrdə yol əsasının qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə layihədə nəzərdə tutulmuş qalınlıqda inşası işləri aparılır. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının iri və xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.