“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq edib


Digərləri 11 May 2018 19:00:00 312 0

“Azəraeronaviqasiya” ən müasir aeronaviqasiya innovasiya sistemi “AIM”i tətbiq edib

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyət yanında "Azəraeronaviqasiya" Hava Hərəkət İdarəsi "AIM" aeronaviqasiya məlumatnın idaraetmə inteqrasiya sisteminin tətbiqi prosesini başa çatdırmışdır. Belə tam inteqrasiya olunan sistem bütün digər postsovet məkanı ölkələri arasında ilk dəfə tətbiq olunur.

Hava Hərəkətnin idarə edilməsi sahəsində Qlobal Konsepsiyaya müvafq olaraq "AIM" yeni aeronaviqasiya məlumatnın idarəetmə sistemi SWIM - System Wide Informaton Management konsepsiyasını əks etdirir və ICAO yol xəritəsinin bir hissəsidir. SWIM aviasiya, aeroport, uçuş, meteoroloji məlumat , eləcə də müşahidə, hava gəmilərinin axınının və hava məkanının buraxılış qabiliyyətnin məlumat mübadiləsinə köməklik edir.

Bu cür yanaşma hava hərəkətnin təşkil edilməsində bütün məlumat tədarükçüləri və istfadəçiləri arasında birbaşa mübadiləni təmin edir.


Xəbərə aid fotolar