Canluici Buffona intizam işi açılıb


İdman 11 May 2018 18:43:00 281 0

Canluici Buffona intizam işi açılıb

UEFA Juventus-un qapıçısı Canluici Buffona qarşı intizam işi açıb. Goal.az xəbər verir ki, italyan qolkiper Çempionlar Liqasının 1/4 finalında baş tutan Real - Juventus (1:3) matçındakı davranışına görə cəzalandırıla bilər. İntizam Komitəsi 2 epizodu nəzərdən keçirəcək. Birincisi, referi tərəfindən Buffona göstərilən qırmızı vərəqənin səbəbi, ikinci isə, bundan sonra qapıçının Maykl Oliverə etdiyi hərəkətlərdir. Qərar mayın 31-i açıqlanacaq.