Avropa İttifaqı ABŞın idxal rüsumları tətbiq etməsini cavabsız qoymayacaq


Dünya 08 Mar 2018 21:25:00 343 0

Avropa İttifaqı ABŞın idxal rüsumları tətbiq etməsini cavabsız qoymayacaq

Avropa İttifaqının ABŞ-la ticarət müharibəsi aparmaq niyyəti yoxdur, lakin Vaşinqtonun ticarət rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə məcbur olacaq. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib. 

"Düşünürəm ki, bu hər iki tərəf və, ümumiyyətlə,  bütün dünya üçün real fəlakət olacaq. Dünya ticarətinin 40 faizi bizim payımıza düşür. Dünyaya, dünya iqtisadiyyatına bu lazım deyil, istər Amerika, istərsə də Avropa iqtisadiyyatına bu lazım deyil", - deyə F.Mogerini Brüssel Forumunda bildirib.   

"Aİ öz maraqlarını qorumağa hazırdır, ticarət müharibəsi bizim ideya deyil", - deyə Aİ diplomatiyasının rəhbəri  qeyd edib.