Avtomobil qadın piyadanı vurub


Digərləri 08 Mar 2018 21:00:00 321 0

Avtomobil qadın piyadanı vurub

Goranboy rayonunda qadın piyadanı avtomobil vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Cinliborsunlu kəndinin ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Təranə Mirzəyeva yolu keçmək istəyən zaman onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.