Bakı metrosunda hadisə


Digərləri 08 Mar 2018 20:32:00 381 0

Bakı metrosunda hadisə

Bu gün saat 15:30 radələrində Bakı metrosunda uşaq itkin düşüb.

Son.az bildirir ki, bu barədə "qafqazinfo"ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, uşağın valideynləri "28 May" stansiyasında metrosundan düşərkən onu düşürməyi unudublar.

Dərhal bu barədə stansiyada xidmət göstərən polis əməkdaşlarına məlumat verilib. Qatar metronun "Nəriman Nərimanov" stansiyasına çatdıqda metropoliten və polis əməkdaşları uşağı tapıblar. O, valideynlərinə təhvil verilib.